Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı

Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı
17:52 21 İyun 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib.
Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan report-a bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin  altına atdığını deyib".
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR