Azərbaycanda institutlar bu sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəklər - SİYAHI

Azərbaycanda institutlar bu sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəklər - SİYAHI
18:17 21 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" qərar verib.

Qərara əsasən, elmi tədqiqat institutları nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, bir sıra sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilərlər.

Həmin sahələr təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi, elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı, kitabxana, nəşriyyat və kitab satışı xidmətləri, məsləhət-konsaltinq xidmətləri, ödənişli laboratoriya testləri və sınaq işləri, layihə və müsabiqə sənədlərinin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri, informasiya xidmətləri, sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi, elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR