"Qurudub gətirdim, çay sahilində yaxalandım" - Keçmiş məhkum yenidən həbs olundu - VİDEO - FOTO

"Qurudub gətirdim, çay sahilində yaxalandım" - Keçmiş məhkum yenidən həbs olundu - VİDEO - FOTO
18:22 21 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə əməliyyat məlumat daxil olub.

Milli.Az ARB TV xəbər verir ki, polis əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.

Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Tariyel Abdulkərimov - saxlanılan şəxs: "Şəki ərazisindən yığmışam. Baltalı kəndindən. Satmaq niyyəti ilə qurutdum, gətirdim Mingəçevir şəhərinə. Kür çayının sahilində polislər tərəfindən yaxalandım. Çəkdilər, dedilər, 4 kilo, 700 qram".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qurudub gətirdim, çay sahilində yaxalandım" - Keçmiş məhkum yenidən həbs olundu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/556393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR