Yevlaxda qumbara partladı: ölən var

Yevlaxda qumbara partladı: ölən var
18:22 21 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Əlində qumbara partlayan Yevlax sakini ölüb.

Milli.Az xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə, əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR