Azərbaycanlı iş adamı azərbaycan dilini "yaltaqlıq dili" adlandırdı - FOTO

Azərbaycanlı iş adamı azərbaycan dilini "yaltaqlıq dili" adlandırdı - FOTO
18:22 21 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Facebook sosial şəbəkəsində yazılan bir status rus dili, rusdilli təhsil mövzusunu yenidən gündəmə gətirib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, sosial şəbəkənin aktiv istifadəçilərindən olan iş adamı Fikrət Məmmədovun rus dilində yazdığı və böyük əksəriyyətin Azərbaycan dilinin təhqiri kimi qəbul etdiyi status birmənalı qarşılanmayıb. 

Sözügedən şəxs öz statusunda fikirlərini niyə rus dilində çatdırdığını, Azərbaycan dilindən istifadə etmədiyini açıqlamağa çalışıb.

F.Məmmədov Azərbaycan dilini "kütləvi yaltaqlıq dili" adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını deyib. Sözsüz ki, bu statusa rəylər də müxtəlif və daha çox aqressiv olub. Rəy yazanlar arasında kifayət qədər tanınmış jurnalistlər, qələm adamları da yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR