Azərbaycanda dövlət qulluğu ilə bağlı VACİB DƏYİŞİKLİK - O ŞƏXSLƏRƏ İŞ VERİLƏCƏK

Azərbaycanda dövlət qulluğu ilə bağlı VACİB DƏYİŞİKLİK - O ŞƏXSLƏRƏ İŞ VERİLƏCƏK
18:24 21 İyun 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki,

“Dövlət qulluğu haqqında” Qanununda aşağıdakı dəyişikliklər edilib:

 

1. 28.2-ci maddənin birinci hissəsində “inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq” sözlərindən sonra “inzibati vəzifələr üzrə” sözləri əlavə edilsin.

 

2. 28.3-cü maddənin birinci cümləsində “inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq” sözlərindən sonra “inzibati vəzifə üzrə” sözləri əlavə edilsin.

 

3. 28.4-cü maddənin ikinci hissəsində “göstərilməklə,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun,” sözləri əlavə edilsin.

 

4. 28.6-cı maddənin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 

“Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır.”.

 

5. 28.11-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

“Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.”.

 

6. 28.12-ci maddənin birinci cümləsinə “vəzifələrinə” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula” sözləri əlavə edilsin.

 

7. Aşağıdakı məzmunda 28.13-cü maddə əlavə edilsin:

 

“28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.”.

 

8. 29.1-ci maddədə “İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına” sözləri “Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına” sözləri ilə əvəz edilsin.

 

9. 29.2-ci maddə üzrə:

 

9.1. birinci hissənin birinci cümləsində “Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilsin;

 

9.2. birinci hissəsinin ikinci cümləsində “Dövlət orqanının” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanının” sözləri ilə, “beşinci” sözü “birinci” sözü ilə əvəz edilsin;

 

9.3. ikinci hissədən “və qulluq funksiyası” sözləri çıxarılsın.

 

10. 29.3-cü maddə üzrə:

 

10.1. birinci hissənin birinci cümləsində “Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilsin;

 

10.2. ikinci hissənin birinci cümləsində “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilsin.

 

11. 29.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır.”.

 

12. 29.11-ci maddədə “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin.

 

13. Aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:

 

“Maddə 29-1. Müsahibənin nəticələrinə yenidən baxılması

 

Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər.”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR