Bulvarın bağlı hissəsi açılacaq

Bulvarın bağlı hissəsi açılacaq
18:27 21 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir.

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, artıq Formula 1-in rəsmiləri, komandalar, xarici media nümayəndələri Bakıya gəlir: "Yarışın keçirilməsi üçün lazım olan bütün avadanlıqlar artıq Bakıya gətirilib".

N.Arpadarai əlavə edib ki, Dənizkənarı Bulvar ərazisində yarışma ilə bağlı bütün əyləncə vasitələri quraşdırılıb: "Sabahdan etibarən o zona bileti olan insanlar üçün açıq olacaq. Hələ ki, hər şey normal qaydada gedir. Cümə günündən etibarən konsertlər başlayacaq və 3 gün ərzində davam edəcək".

Qeyd edək ki, iyunun 23-25-də Bakıda Formula 1 yarışları keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR