Azərbaycanda bu şəxslər vergi öhdəliyindən azad edildi

Azərbaycanda bu şəxslər vergi öhdəliyindən azad edildi
18:29 21 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarı təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4.2-ci maddəsinə “hallarda” sözündən sonra “, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə” sözləri əlavə edilib.

 

 

Qeyd edək ki, 77.4-cü maddə vergi öhdəliyinə xitam verilmə hallarını nəzərdə tutur. Beləliklə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları silinmiş şəxslər vergi öhdəliyindən azad edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR