Qarabağa qanunsuz səfər edən turistlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Qarabağa qanunsuz səfər edən turistlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
18:32 21 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə getmiş turistlər haqqında məlumat verib.

Milli.Az xəbər verir ki, XİN-in mətbuat ‎xidmətinin rəhbəri baku.ws-yə bildirib ki, həmin turistlərin vətandaşlığı araşdırılacaq: 
 
"Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə turist kimi getmək qeyri-mümkündür. Məsələ araşdırılıb məlumat veriləcək. Həmin turistlərin vətəndaşlığı öyrənilib ölkələrinə məlumat veriləcək. Həm də ola bilsin ki, bu, ermənilərin növbəti təxribatıdır". 

Qeyd edək ki, Rusiyalı turistlər Kəlbəcər rayonuna tur təşkil ediblər. Turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ" adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmağa yer axtarıblar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/556470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR