Hacı məktəbli qızı qaçırdı - "Buna kimi 3 qız qaçırdıb"

Hacı məktəbli qızı qaçırdı - "Buna kimi 3 qız qaçırdıb"
19:27 21 İyun 2017
232 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kahramanmaraş rayonunun Göksun Mahalında 10 gün əvvəl qaçırıldığı iddia edilən 13 yaşlı S.M.G. adlı qız ilə onu qaçırdığı deyilən 22 yaşlı Hacı D. polis tərəfindən tutulub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, orta məktəb şagirdi S.M.G. keçən həftənin cümə günü məktəbə gedib, ancaq evə qayıtmayıb. Ailəsi axtarışlarına baxmayaraq qızlarını tapa bilməyincə, polisdən kömək istəyib və S.M.G.-nin Hacı D. tərəfindən qaçırıldığı məlum olub.

Hacı D. -nın Kayseridə olduğu deyilir. Polis cütlüyün gizləndiyi deyilən ünvana gəlsə də, cəhdləri boşa çıxıb.

Qızın ailəsi qatıldığı bir televiziya proqramında övladlarını qaçıran Hacı D. -nın əvvəl də 3 qızı qaçırdığını deyiblər. Hər yerdə axtarılan S.M.G. və Hacı D. dünən axşam saatlarında ələ keçiblər. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR