Kraliçanın papağından Avropa İttifaqı "çıxdı" -

Kraliça II Elizabet Böyük Britaniya parlamentində yeni dönəmin açılışını edib.

Metbuat.az-ın məlumatına görə, kraliça çıxışı zamanı yeni dövr üçün nəzərdə tutulan prioritet mövzulara toxunub. Gözlənildiyi kimi, II Elizabetin nitqinin mərkəzində "Breksit" müzakirələri olub. Kraliça II Elizabet "Breksit" periodunda hökumətin 8 müxtəlif qanun layihəsi üzərində çalışacağını deyib.

Kraliçanın geyimi isə danışdıqlarından daha çox diqqət çəkib. Belə ki, II Elizabetin sarı çiçəklərlə bəzədilmiş mavi papağı Avropa İttifaqının (Aİ) bayrağına bənzədilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR