Neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadıla bilər

Neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadıla bilər
19:36 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İranın neft naziri Bijən Namdar Zəngənə hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEK və OPEK-ə üzv olmayan dövlətlərin imzaladığı saziş gələn ilin martından sonra da uzadıla bilər.

Trend-in məlumatına görə, nazir bildirib ki, hazırda bununla bağlı OPEK ölkələri ilə məsləhətləşmələr aparırlar.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı razılaşma 2016-cı ilin sonunda əldə olunub.

Bu ilin mayında Vyanada ölkələr müqaviləni 2018-ci ilin martına qədər uzatmaq barədə razılığa gəliblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR