"Qəbələ"nin mümkün rəqibində ayrılıq: bombardir getdi

"Qəbələ"nin mümkün rəqibində ayrılıq: bombardir getdi
19:42 21 İyun 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərindən "Yagelloniya" ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Konstantin Vassilyev ayrılmaq qərarına gəlib.

2015-ci ildə "Pias"dan ayrılaraq "Yagelloniya"nın yolunu tutan 33 yaşlı hücumameyilli yarımmüdafiəçi rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. Ötən mövsüm 13 qol və 13 assistlə Polşa klubunun ən məhsuldar oyunçusu olan Estoniya millisinin üzvü gedişini belə əsaslandırıb: "Bu qərarı vermək asan olmadı. Ancaq yeni çağırışa qulaq asmaq vaxtıdı. Bu qərarı verməyin ən doğru vaxtı olduğunu düşünürəm. Burda keçirdiyim iki il karyeramın ən gözəl illərindən biri oldu".
 
Qeyd edək ki, "Yagelloniya" Avropa Liqasının I təsnifat mərhələsində Batumi "Dinamo"su (Gürcüstan) ilə qarşılaşacaq. Bu cütün qalibi II mərhələdə "Qəbələ"yə rəqib olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR