Düz Qırıqlı kənd orta məktəbi hara birləşdirilir? - Millət vəkili işə qarışdı

Düz Qırıqlı kənd orta məktəbi hara birləşdirilir? - Millət vəkili işə qarışdı
19:49 21 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı kənd sakinləri ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin müalicə almaları və kəndin fiziki imkanları məhdud sakinləri ilə bağlı müvafiq qurumlara müraciət edib.

Sakinlər görüşdə ünvanlı sosial yardım, işlə təmin olunmaq üçün millət vəkilinə müraciət ediblər.

Q. Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbinə də gedib. Məktəbin müəllim və  valideyn heyəti Təhsil nazirliyi tərəfindən məktəbin bağlanması, müəllim və şagirdlərin digər məktəbə köçürülməsi ilə bağlı verilən qərara görə narahatlıqlarını dilə gətiriblər.  Q.Paşayeva onları narahat edən məqamlarla bağlı Təhsil nazirliyinin rəhbər şəxslərinə təkrar müraciət edib, müzakirə aparılıb. Onlar bildiriblər ki, müəllimləri və valideynləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün addımlar atılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR