Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs statusu verilir

Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs statusu verilir
20:27 21 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-dovlet-universitetine-ve-azerbaycan-dovlet-i-qtisad-universiteti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR