Ağstafada 24 yaşlı qadın intihara cəhd edib

Ağstafada 24 yaşlı qadın intihara cəhd edib
20:32 21 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 21 iyun. REPORT.AZ/ Ağstafa rayonunda 24 yaşlı qadın intihara cəhd edib.
“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aysel Mayis qızı Bağırova yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etməyə cəhd göstərib. O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR