Ronaldunun yerinə keçmiş "Barselona"lı - FOTO

Ronaldunun yerinə keçmiş "Barselona"lı - FOTO
20:42 21 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ı Kriştianu Ronaldunun gedişinə hazırlaşır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 32 yaşlı portuqaliyalı superulduz İspaniya nəhəngini tərk edəcəyi halda, onun yerinə Aleksis Sançes transfer olunacaq.

London "Arsenal"ıyla yeni müqavilə bağlamağa tələsməyən Sançes də ÇL-in son qalibinin sıralarına qatılmaq üçün canfəşanlıq edir. O, dəfələrlə qitənin ən nüfuzlu turnirinin qalibi ola biləcək komandada oynamaq istədiyini dilə gətirib.

Qeyd edək ki, daha öncə "Barselona"da top qovan Çili millisinin hücumçusuyla "Mançester Siti", "Çelsi" və "Bavariya" da maraqlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR