Rusiya XİN: “Vaşinqton “müharibə partiyası”nı həvəsləndirir”

Rusiya XİN: “Vaşinqton “müharibə partiyası”nı həvəsləndirir”
20:43 21 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Ukrayna prezidenti Pyotr Poroşenkoya “siyasi hədiyyə”dir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Görünür ki, bu, ABŞ-a səfər edən Pyotr Poroşenkoya “siyasi hədiyyə”dir. Sanksiyaların qəbulu üçün Ukraynadakı hadisələrin bəhanə olaraq göstərilməsi məntiqsizdir”, - o bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton belə davranışlarla Kiyevdə yalnız “müharibə partiya”sını həvəsləndirdiyini anlamır.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar iyunun 20-də 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.

“Bu sanksiyalar Ukrayna münaqişəsinin diplomatik həlli üçün Rusiyaya təzyiqi artıracaq”, - ABŞ Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin bildirib.

Amerika məmuru əlavə edib ki, sanksiyalar Rusiyanın Minsk razılaşmalarını yerinə yetirənə kimi saxlanılacaq.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR