Ramazan bayramı münasibəti ilə 23 GÜNLÜK TƏTİL

Ramazan bayramı münasibəti ilə 23 GÜNLÜK TƏTİL
20:53 21 İyun 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin qərarı ilə ölkədə 23 gün Ramazan bayramı tətili olacaq.

Trend-in məlumatına görə, 16 iyundan başlayan qeyri-iş günləri 9 iyula qədər davam edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının əmək nazirliyi bayram tətilini 11 gün elan etsə də, sonradan istirahət günlərinin sayı kral tərəfindən artırılıb.

Ramazan və Qurban bayramlarında uzun müddətli tətil edən Səudiyyə Ərəbistanı vətəndaşları bu iki bayramdan başqa sadəcə milli gün olan 23 sentyabrda bir günlük istirahət edirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR