"Barselona" ilə anlaşıb, PSJ-yə ultimatum göndərdi

"Barselona" ilə anlaşıb, PSJ-yə ultimatum göndərdi
20:57 21 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti "Barselona"ya keçməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tərəflər arasında artıq razılıq əldə edilib. 

Belə ki, "Bavariya" və "Yuventus"a "yox" cavabını verən İtaliya millisinin üzvü "Barsa" ilə ortaq məxrəcə gəlib. Lakin PSJ-nin də bu keçidə razılıq verməsi lazımdı. Lakin Paris təmsilçisi bu yaxınlarda ispanların 100 milyon avroluq təklifini rədd etmişdi.
 
Verratti "Barsa" ilə ilkin razılıq əldə etdikdən sonra PSJ rəhbərliyi ilə əlaqə saxlayıb. İspaniyanın İbiza adasında dincələn İtaliya millisinin üzvü fransızlara ultimatum yollayaraq, "transferim baş tutmasa, mövsümöncəsi toplanışa qatılmayacam" xəbərdarlığını edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR