FHN Cəlilabadda bazardakı yanğınla bağlı məlumat yaydı

FHN Cəlilabadda bazardakı yanğınla bağlı məlumat yaydı
21:43 21 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cəlilabad" ticarət mərkəzində yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad şəhərində ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR