Hövsan yolunda təmir işləri nə vaxt bitəcək? - VİDEO

Hövsan yolunda təmir işləri nə vaxt bitəcək? - VİDEO
21:57 21 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

1 ildən çoxdur təmirə başlanan yolda işlər hələ də yekunlaşmayıb.

Söhbət paytaxtın Suraxanı rayonu Hövsan qəsdəbəsində gedən yoldan gedir. 7 kilometirlik yolda təmir işlərinə keçən ilin aprel ayından başlanıb.

Sürücülər yolun daralmasına görə qəzaların baş verdiyini və uzun tıxacların yarandığını deyir. Milli.Az bildirir ki, xüsusən həftə sonu Hövsan-Türkan çimərliklərinə gedənlərin də bu yoldan istifadə etməsi yolda tıxacların yaranmasına səbəb olur.

Sakinləri narahat edən digər problem küləyin tozu ətrafa yaymasıdır. Bəzən vəziyyət o həddə çatır ki, yolun sonuna qədər avtomobillərin şüşəsini açmaq mümkün olmur.

''Azəravtoyol'' Açıq Səhmdar Cəmiyyətindən bildirilir ki, işlər plana uyğun olaraq həyata keçirilir. Yolun təmiri planda nəzərdə tutulan vaxtda başa çatdırılıb sürücülərin ixtiyarına veriləcək.

Çimərliyə gedən insanların çətinliklə üzləşməsinə gəlincə isə ''Azəravtoyol'' Açıq Səhmdar Cəmiyyətin sahə rəisi Davud Həmidov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hövsan yolunda təmir işləri nə vaxt bitəcək?


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR