10 il pul yığdı - Oranı almaq üçün... - FOTO

10 il pul yığdı - Oranı almaq üçün... - FOTO
22:12 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Sadəcə istəmək lazımdır və arzular reallaşacaq", - Perm şəhərinin sakini Viola Novoselova məhz belə fikirləşir. O, bir zamanlar "Mavi göl" filminin çəkilişləri gedən, Sakit Okeanda yerləşən adanı satın alıb.

Milli.Az bildirir ki, 10 il əvvəl Sakit Okeanın hər hansı bir adasını almaq Violanın arzusu idi. Nəhayət, Fici dövlətinə məxsus "Nanuya Levu" adlı adanı 99 illik icarəyə götürə bildi.

"Bunu necə edə bildin?" sualına Viola cavab verir ki, sadəcə rəfiqələri kimi bədxərclik etməyib. Viola Permdə bir neçə bar və otelin sahibidir. Sahibkarın dediyinə görə, Fici adalarında torpağın qiyməti Perm ətrafı elit qəsəbələrdəki qiymətlərlə eynidir: 1 hektar təxminən 20 min avro.

Yaxın gələcəkdə Viola orada otellər tikmək və turist cəlb etməyi planlaşdırır. İşçi qüvvəsini isə yaxın adalardakı insanlardan ibarət heyətlə yiğmağı planlayır və onlara otel işlərinin incəliklərini öyrədəcəyini deyir.

Viola Novoselova inandırır ki, "Nanuya Levu" adasını almaq fikrinə düşərkən, 80-ci illərdə "Mavi göl" filminin məhz orada çəkildiyini bilmirdi. Sahibkarın dediyinə görə, ekranda göründüyündən fərqli olaraq ora canlı və daha təbiidir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR