Həbsxanaya narkotik maddə gətirən şəxs saxlanıldı

Həbsxanaya narkotik maddə gətirən şəxs saxlanıldı
22:28 21 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinə və 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə gətirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən "Report"a verilən məlumata görə, 1978-ci il təvəllüdlü, Salyan şəhər sakini Cəfər Vaqif oğlu Quliyevin üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd sellofan bükülüdə, çəkisi 8.816 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallara əsasən Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR