22 yaşlı oğlan özünü bıçaqladı - Şamaxıda

22 yaşlı oğlan özünü bıçaqladı - Şamaxıda
22:34 21 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1995-ci il təvəllüdlü Novruzov Tariyel Tərlan oğlu yaşadığı evdə mətbəx bıçağı ilə özünün qarın nahiyəsinə xəsarətlər yetirib. Çoxlu qan itirən Tariyel Novruzov huşsuz vəziyyətdə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan Tarıyel Novruzovun vəziyyəti hazırda ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR