"Brent" nefti psixoloji 45 dollar həddindən aşağı düşüb

"Brent" nefti psixoloji 45 dollar həddindən aşağı düşüb
22:37 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Birləşmiş Ştatların Energetika Nazirliyinin çərşənbə günü hasilat artımı ilə bağlı yaydığı məlumatdan sonra neftin dünya qiymətləri aşağı düşməkdə davam edir.
"Report" hərracların nəticələrinə istinadən xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığı ötən ilin 15 noyabr tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə psixoloji 45 dollar həddindən aşağı düşüb.
Bakı vaxtı ilə 20.46-ya olan məlumata görə, "Brent"in avqust fyuçerslərinin qiyməti bir barel üçün 2,33 faiz aşağı düşərək 44,95 dollara bərabər olub.
WTI markalı yüngül neftin avqust fyuçerslərinin dəyəri də 2,07 faiz aşağı düşərək bir barelə görə 42,61 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-nefti-psixoloji-45-dollar-heddinden-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR