Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin içinə su dola bilər! - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin içinə su dola bilər! - VİDEO
22:47 21 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobilin salonu su ilə dolub. Milli.Az bildirir ki, nəticədə maşında olan bəzi elektron hissələr yanıb və sahibinə 700 manata yaxın ziyan dəyib.

Görüntüləri çəkən avto kimyəvi təmizləmə üzrə mütəxəssis Qoşqar Əzizbəyli maşının bu hala düşməsinə səbəb kimi əsasən müasir avtomobillərin alt hissəsində olan rezin kipkəclərin sıradan çıxaması olduğunu bildirir.

Buna görə də istehsal ili 5 ildən çox olan avtomobilin sürücüləri belə kipkəcləri yoxlatdırsa yaxşıdır.

Bundan başqa avtomobil ön alın şüşəsinin kənarında və əgər varsa lyukun kənarında drenaj sistemi olur ki, avtomobilin üstünə tökülən yarpaq və yaxud tozdan yaranan palçıq nəticəsində bura tutulur və avtomobilin içinə su daxil ola bilir.

Buna görə də hər sürücü artıq xərcə düşməmək üçün fəsildən aslı olmayaraq avtomobilin drenaj sistemlərini yoxlatdırmalı və mütəmadi olaraq təmizlətlməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin içinə su dola bilər!


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR