22 yaşlı gənc özünü bıçaqlayıb

22 yaşlı gənc özünü bıçaqlayıb
22:52 21 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Novruzov Tariyel Tərlan oğlu yaşadığı evdə mətbəx bıçağı ilə özünün qarın nahiyəsinə xəsarətlər yetirib. Çoxlu qan itirən Tariyel Novruzov huşsuz vəziyyətdə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan Tarıyel Novruzovun vəziyyəti hazırda ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/weather/556547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR