"Ondan əsgi kimi istifadə etdi" - Lö Pendən Makronun ünvanına sərt sözlər

Fransa Milli Cəbhəsinin lideri Marin Lö Pen bu gün keçirilən mətbuat konfransında hökumət daxilində baş verən son istefaları dəyərləndirib.

Metbuat.az-ın məlumatına görə, Lö Pen Demokratik Hərəkat partiyasının (MODEM) prezidenti Fransua Bayrunun istefasından danışarkən, hazırkı prezident Emmanuel Makronun ünvanına sərt sözlər işlədib:

"Makron Bayrudan bir əsgi kimi istifadə etdi. Budur, işi bitdi və onu bir kənara tulladı".

Lö Pen Makronun, seçkilərdə ittifaqa girdiyi Demokratik Hərəkat partiyasına artıq ehtiyacı qalmadığı üçün Bayrunu siyahısından çıxardığını əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR