"Barselona" braziliyalı futbolçunu transfer etməyə çalışır

"Barselona" braziliyalı futbolçunu transfer etməyə çalışır
22:57 21 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde dayaq yarımmüdafiəsini gücləndirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonlar "Guangzhou Evergrande"nin şərəfini qoruyan Paulinyo ilə maraqlanır. Braziliyalı futbolçunun transferi ilə bağlı klubların nümayəndələri görüş də keçiriblər. Yerli nəşrlərin yaydığı məlumata görə, "Barselona" Paulinyonu yanvardan izləyir.

"Sambaçı" 2013-cü ildə İspaniya qrandına keçə bilərdi. Həmin vaxt daha qətiyyətli tərpənən "Tottenham" onu heyətə qatmışdı. 2015-ci ildə isə havbek Çinə yollanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR