Gündə 2 ədəd yumurta yeməyin faydaları

Gündə 2 ədəd yumurta yeməyin faydaları
23:05 21 İyun 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Gündə 2 dəfə yumurta yemək insan orqanizmi üçün inanılmaz faydalıdır. 

Milli.Az axşam.az-a istinadən yumurtanın insan həyatı üçün faydalarını təqdim edir:

1) Kolin vitaminini artırır ki, bu da beyin üçün mühüm əhəmiyyət daşıyır. Gündə 2 dəfə yumurta yeyilməsi yaddaşı da gücləndirir. 

2) Yumurta lütein maddəsi ilə zəngindir ki, bu da görmə qabiliyyətini artırır. 

3) Yumurtanın tərkibindəki D vitamini sümüklərin və dişlərin güclənməsini təmin edir. 

4) Yumurtadakı B vitamini isə saç və dərinin sağlamlığı üçün faydalıdır. Fosfolipitlər qaraciyərdəki toksinləri xaric edir. 

5) Ürək-damar xəstəlikləri riskini azaldır.
 
6) Əgər səhər yeməyində 2 ədəd yumurta yeyirsinizsə, bu, gün ərzində sizi tox saxlayacaq. Bu isə gündəlik qida qəbulunun azalmasına, bununla da kökəlmənin qarşısını almağa kömək edir. 

7) Xərçəng riskini azaldır. Gündəlik menyusunda yumurta olan qadınlarda döş xərçəngi riski 18% azalır. 

8) Yumurta doğulacaq uşaqlarda əlillik riskini azaldır. Bu səbəbdən yumurta hamilə qadınların menyusunda başlıca qida olmalıdır. 

9) Hər gün 2 ədəd yumurta yeyən qadınlar daha cavan qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/556274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR