Doğuş keçirən qadınların 50-70 faizi psixiatrik problemlər yaşayır

Doğuş keçirən qadınların 50-70 faizi psixiatrik problemlər yaşayır
23:05 21 İyun 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Doğuş qadınların həyatında həqiqətən bir dönüş nöqtəsidir. Ancaq bu hadisənin əvvəli və sonrasında yaşanan bir çox fiziki dəyişiklik ilə paralel bir sıra psixiatrik problemlər də yaşanır.

Milli.Az xəbər verir ki. psixiatr Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində bildirib ki, buna səbəb ananın hormonlarında meydana gələn dəyişikliklərdir. Körpənin məsuliyyəti, yaxşı ana ola biləcəyəmmi? Bu və digər buna bənzər qorxular, fiziki yorğunluq, uşaqla əlaqədar vaxtında yatmamaq, ananın xarici görünüşünün dəyişməsi əsas səbəblərdi. Doğum sonrası depressiyanin ilk əlamətləri doğumdan sonrakı ilk 3-4 gün ərzində qəfildən ortaya çıxa bilər. Doğuş keçirən qadınların 50-70 faizi də bu cür dəyişiklik olduğu müşahidə edilib. Səbəbsiz ağlama istəyi, narahatçılıq, səbirsizlik, sıxıntı, gərginlik hissi ən çox görülən simptomlardandır.

B.Mustafayev qeyd edib ki, doğum sonrası depressiyası isə daha ciddidir. Demək olar ki, doğum keçirən hər 10 qadından birində dəyişən dərəcədə depresiv əlamətləri ola bilər. Bu xəstəliyin müalicəsi onun şiddətinə görə dəyişir. Depressiya zamanı xəstə olan gənc analara dərman müalicəsi ilə yanaşı, psixoterapiya da tətbiq edilməlidir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq bir neçə ay davam edə bilər. Müalicə ilə yanaşı həyat yoldaşının da dəstəyi vacibdir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR