Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - Qeyri-adi azyaşlı - VİDEO - FOTO

Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - Qeyri-adi azyaşlı - VİDEO - FOTO
23:27 21 İyun 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanın Boranıkənd kəndində yaşayan balaca Ömərin maqnit sinəsində metal pul, qaşıq, çəngəl, mobil telefon yapışaraq bir müddət qalır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, balaca Ömərin yerişi də, duruşu da həmyaşıdlarından heç nə ilə fərqlənmir. O da həmyaşıdları kimi oyuncaqları ilə oynayır, velosiped sürür, deyib-gülür, şənlənir.

Sinəsində maqnit sahəsinin olmasını isə valideynləri təsadüfən, hardasa 2 həftə bundan əvvəl biliblər.

Samir Zeynalov - Uşaqğın atası: "Qəpik istədi uşaq bizdən. Dükana gedəcəm, qaəpik ver mənə. Nənəsi qəpik verdi. Qəpik yapışdı sinəsi, qaldı sinəsində. Qaşığı yapışdırdım, qaşıq da qaldı. Bildik ki, uşaqda maqnit var".

Atasının dediyinə görə, yaşıdlarından fərqli olaraq balaca Ömər gündəlik idman etməyi, ağır yük götürməyi, həyətdə iş görməyi də xoşlayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - Qeyri-adi azyaşlı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR