Rusiyadan ABŞ-a:

Rusiya Xarici işlər nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyaların qarşılıqsız qalmayacağına dair bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, Xarici işlər nazirliyinin bəyanatında qeyd olunub:

"Rəsmi Vaşinqton bu addımı ilə Barak Obamanın hakimiyyəti dövründə güclənən iki ölkə əlaqələrinin pozulmasına səbəb olur. Onların addımları qarşılıqsız qalmayacaq.

Əvvəl olduğu kimi, bu səfər də ABŞ-ın sanksiyalarının nəticələri istədikləri kimi olmayacaq. Bunu onlar da bilirlər. Bu səbəbdən ümid edirik ki, ən qısa müddət ərzində yenidən dialoq çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR