"Yuventus"a şərt qoydu - "Traktor alın, müqavilə bağlayaq

"Yuventus"a şərt qoydu - "Traktor alın, müqavilə bağlayaq
23:57 21 İyun 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un yeni müqavilə imzalamaq istədiyi gənc futbolçusu Moys Kinin atası Turin klubunun qarşısına maraqlı şərt qoyub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun atası "Yuventus"u verilən vədlərə əməl etməməkdə ittiham edib. O, bildirib ki, tələb etdikləri həyata keçməyincə oğlu "Yuventus"la yeni müqavilə imzalamayacaq: 

"Düzdür, "Yuventus"la anlaşmışıq. Yeni müqaviləyə görə oğlum ildə 700 min avro maaş alacaqdı. Onlar mənim Kot-d-İvuarda yerləşən fermama yeni avadanlıqlar alacaqlarına  söz vermişdilər. Xüsusən də məni yeni traktorla təmin edəcəklərini demişdilər. Sözlərinə əməl etmədiklərinə görə, hələ müqavilə imzalamamışıq".

Qeyd edək ki, M. Kin İtaliya A seriyasında qol vuran ən gənc futbolçulardan biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR