Ələ keçirilən erməni kəşfiyyatçısı:

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısı alınıb. Düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur edilib. Əsgərlərimiz Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun bir üzvünü ələ keçiriblər. Əsir düşən hərbçi təxribat törətmək istədiklərini etiraf edib.

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Nəticədə təxribat qrupunun bir üzvü ələ keçirilib. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü, 43 yaşlı Zaver Hovanis Karapetyan kənd sakini olduğunu və pul müqabilində döyüş növbətçiliyinə cəlb olunduğunu deyib.

O, əsas məqsədlərinin Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərinə daxil olaraq əsgərləri öldürmək olduğunu deyib. (Xəzər xəbər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR