Levandovski "Bavariya"dan ayrılır?

Levandovski "Bavariya"dan ayrılır?
00:17 22 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, polşalı futbolçu ilə "Çelsi" danışıq aparır.

Levandovskinin baş məşqçi Karlo Ançelottidən incidiyi bildirilir. Buna səbəb kimi, italiyalı çalışdırıcının Bundesliqanın bombardirlik yarışında Pyer-Emerik Obameyanqa uduzan forvarda dəstək olmadığı göstərilir.
 
Polşa millisinin üzvü komandasını dəyişmək istəyini hiss etdirib. Bu məlumat isə "Çelsi" üçün göydəndüşmə olub. Londonlular dərhal hərəkətə keçərək, Levandovski ilə danışıqlara start veriblər. Onlar Roberti komandadan ayrılacağı gözlənilən Dieqo Kostanın yerini doldurmaq üçün transfer etmək niyyətindədirlər.
 
Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"nın formasını geyinir. O, Münhen klubunun heyətində bu vaxta qədər 147 oyunda 110 qola imza atıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR