Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü maşın vurub

Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü maşın vurub
00:37 22 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 22 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-qazax-yolunda-bir-ailenin-3-uzvunu-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR