Avropa çempionatı: Azərbaycanlı boksçu yarımfinala yüksəldi

Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatı davam edir.

Metbuat.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı 1/4 finalda almaniyalı boksçu Silvio Şyerle ilə qarşı-qarşıya gəlib.

Qələbə qazanan boksçumuz yarımfinala yüksəlib. Beləliklə, Kamran Şahsuvarlı minimum bürünc medalı özünə təmin edib.

Bu gün rinqə çıxan digər boksçularımız isə qələbə qazana bilməyiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR