Şabranda qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb

Şabranda qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb
03:07 22 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Şabran-Dəvəçi yolunda ərəb turistin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, axşam saatlarında taksi kimi fəaliyyət göstərən minik avtomobili Şabran rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı səkiyə çırpılıb.
Nəticədə maşında olan sərnişin, Səudiyyə Ərəbistanı vətəndaşı, 1948-ci il təvəllüdlü Məhəmməd Əbdültalib Mustafa xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabranda-qeza-neticesinde-seudiyye-erebistani-vetendasi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR