Avstraliya Suriyada hava zərbələrinin dayandırılmasına dair qərarından dönüb

Avstraliya Suriyada hava zərbələrinin dayandırılmasına dair qərarından dönüb
05:47 22 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Avstraliya hökuməti Suriyaya hava zərbələrinin endirilməsinin dayandırılmasına dair qərarından döndüyünü bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bundan əvvəl Avstraliya Silahlı Qüvvələrinin ehtiyat tədbiri olaraq Suriyada həmlə əməliyyatlarını müvəqqəti dayandırdığı məlum olmuşdu.
Avstraliya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata görə, ölkə OKRA əməliyyatları çərçivəsində Suriya və İraqda İŞİD-lə mübarizəyə öz töhfəsini verir.
BƏƏ-nin Minhad Hərbi Hava Qüvvələri (HHQ) bazasında Avstraliya HHQ-nin 8 təyyarəsi yerləşdirilib. Regionda, həmçinin 780-ə yaxın Avstraliya hərbçisi var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliya-suriyada-hava-zerbelerinin-dayandirilmasina-dair-qerarindan-donub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR