Estoniya parlamenti robot kuryerləri leqallaşdırdı

Estoniya parlamenti robot kuryerləri leqallaşdırdı
07:42 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Skype" internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş "Starship Technologies" adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 km sürətlə daşımaq qabiliyyətinə malik robot kuryerlərin hazırlanması ilə məşğuldurlar. Bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadə ideyasını təqdir edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qanuna görə, robotun hündürlüyü 1 metr və uzunluğu isə 1,2 metrdən çox olmamalıdır. Robotun çəkisi 50 kq, korpusu isə ağ rəngdə olmalıdır. Robot kuryer mütləq fara və işığı əks etdirən elementə malik olmalıdır. "Starship Technologies" tərəfindən hazırlanan robotlar bu şərtlərə uyğun gəlir, ona görə çox tezliklə belə kuryerlər Estoniya ərazisi üzrə bağlamaların çatdırılmasını həyata keçirəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR