LG G6+ smartfonu təqdim olundu

LG G6+ smartfonu təqdim olundu
08:12 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

"LG" şirkəti qabaqcıl "G6" smartfonunun təkmilləşdirilmiş modelini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "LG G6+" əvvəllər yalnız ABŞ bazarına çıxarılan smartfonlarda quraşdırılan simsiz enerjidoldurma funksiyası ilə təchiz ediləcək. Bundan başqa, 128 giqabayt quraşdırılmış yaddaşa malik olacaq qurğu dəstinə "B&O Play" qulaqcığı daxildir.

Həmçinin, modelin rənglərinin sayı artırılmaqla qara, qızılı və göy variantlar əlavə olunub. Yeni "LG G6+" modelinin digər xüsusiyyətləri qurğunun əvvəlki versiyası ilə eynilik təşkil edir.  Əsas qabaqcıl model kimi, yeni qurğu 5,7 düym diaqonallı "FullVision" ekran, dördnüvəli "Snapdragon 821" prosessor, 4 giqabaytlıq operativ yaddaş və 13 meqapikselli kamera ilə təchiz ediləcək.

Bundan əlavə, "LG Electronics" 32 giqabayt daxili yaddaş tutumuna malik "LG G6" versiyasını nümayiş etdirib. Qurğunun ağ, göy və qızılı rəng versiyalarında buraxılması nəzərdə tutulur.  

Yeni qurğuların iyulun əvvəlində Cənubi Koreyada satışa çıxarılması planlaşdırılır. Smartfonların qiyməti və onların dünya bazarına çıxarılması ilə bağlı planlar barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR