Facebook-da yeni hücum var

Facebook-da yeni hücum  var
08:22 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

"PhishLabs" şirkətinin mütəxəssisləri yalnız mobil qurğu sahiblərinə hədəflənmiş yeni fişinq kampaniyası haqda məlumat veriblər. Hücum, əsasən "Facebook" istifadəçilərinə, həmçinin "Apple iCloud", "Comcast", "Craigslist" və "OfferUp" xidmətlərinə hədəflənib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni metod ona əsaslanır ki, mobil brauzerlər ünvan sətrində linki tam göstərmirlər. Hakerlər bundan istifadə edərək URL ünvana defis və altdomenlər əlavə edirlər ki, mobil qurğuda link həqiqi kimi görünsün.

Ekspertlərin sözlərinə görə, bu hücum istifadəçilərin diqqətsizliyi halında həyata keçir. "PhishLabs" şirkətinin mütəxəssisi Kreyn Hessold izah edib ki, linklər əsasən SMS mesajlar vasitəsi ilə göndərilir. Bəzi mobil brauzer və messencerlər linkə tam baxmağa imkan verdiyi halda əksər SMS proqramlarında bu funksiya yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR