Şabranda Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb

Şabranda Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb
08:37 22 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran-Dəvəçi yolunda ərəb turistin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, axşam saatlarında taksi kimi fəaliyyət göstərən minik avtomobili Şabran rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı səkiyə çırpılıb.
Nəticədə maşında olan sərnişin, Səudiyyə Ərəbistanı vətəndaşı, 1948-ci il təvəllüdlü Məhəmməd Əbdültalib Mustafa xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR