Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb

Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb
08:48 22 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya müntəzəm reyslərə start verilib.

Publika.az aeroportun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan paytaxtına uçuşları "İrAero" aviaşirkəti yerinə yetirir.

Krasnoyarsk - Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də yerinə yetirilib.

Məlumata görə, birinci reysdə hava gəmisinin yüklənməsi 100 faiz təşkil edib. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək, yəni oktyabrın 25-dək davam edəcək.

Reyslər çərşənbə və bazar günləri olmaqla həftədə iki dəfə həyata keçiriləcək. Krasnoyarskdan uçuş yerli vaxt ilə 18.50-də, Bakıya çatma isə 20.30-dadır. Eyni zamanda Bakıdan yerli vaxtla 21.30-da havaya qalxacaq təyyarə 04.50-də Krasnoyarskda eniş edəcək. Uçuşlar "Sukhoi Superjet 100" hava gəmisi vasitəsi ilə həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/203518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR