Play Store

Viber yeniləndi

Viber yeniləndi
08:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Populyar "Viber" messencerinin yeni yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq "iOS" və "Android" platformaları üçün əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi "Viber" messenceri vasitəsilə "YouTube" videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.

Həmçinin messencerin "Android" versiyasında açar sözlər üzrə stiker və "Gif" şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, sözügedən funksiya "iOS" platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş "rich" bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR