Elektron siqaretdə yeni təhlükə aşkarlandı- VİDEO

Elektron siqaretdə yeni təhlükə aşkarlandı- VİDEO
09:05 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Londonda keçirilmiş "BSides" konfransında informasiya təhlükəsizliyi üzrə ekspert Ross Bevinqton elektron siqaretin köməyilə kompüterə müdaxiləni nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron siqaret vasitəsilə fərdi kompüterə müdaxilə ona əsaslanır ki, cihazlar enerji toplamaq üçün çox vaxt elektrik rozetkasına deyil, "USB" vasitəsilə kompüterə qoşulur. Əgər elektron siqaretə xüsusi mikrosxem daxil edilsə, kompüteri bunun klaviatura olduğuna "inandırmaq" olar və bu halda kompüter qurğu tərəfindən göndərilən komandaları yerinə yetirməyə başlayacaq. Elektron siqaretlə trafikin qarşılıqlı əlaqəsini nəzərdə tutan başqa hücum variantı da mövcuddur.
Bir çox istifadəçilər artıq hücumu sınaqdan keçirərək "YouTube" videohostinqində video yerləşdiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elektron siqaretdə yeni təhlükə aşkarlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR