Azərbaycanda bir ailənin 3 üzvünü maşın vurdu

Azərbaycanda bir ailənin 3 üzvünü maşın vurdu
09:05 22 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR