Portuqaliya və Meksika ilk qələbəsini qazandı

Portuqaliya və Meksika ilk qələbəsini qazandı
09:12 22 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A qrupunda iki görüş baş tutub.

Ev sahibi Rusiya turnirin favoritlərindən sayılan Portuqaliya yığması ilə qarşılaşıb. Ruslar yarışın açılış matçında Yeni Zelandiyaya qalib gəldikləri (2:0) halda, Portuqaliya Meksika üzərindəki qələbəni son anda əldən vermişdi (2:2). Şimal qonşularımız qələbə seriyasını davam etdirə bilməyiblər. Kristiano Ronaldonun yeganə qolu Portuqaliyaya 3 xal qazandırıb.
 
Qrupun digər matçında isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gəlib. Hesabda geri düşən şimali amerikalılar sonradan toparlanaraq 2:1 hesablı əzmkar qələbə qazanıblar.
 
FİFA Konfederasiyalar Kuboku - 2017
21 iyun
 
A qrupu
Rusiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 9
 
Meksika - Yeni Zelandiya - 2:1
Qollar: Ximenes, 54, Peralta, 72 - Vud, 42

1.

Portuqaliya

2

2

1

0

3:2

4

2.

Meksika

2

1

1

0

4:3

4

3.

Rusiya

2

1

0

2

2:1

3

4.

Yeni Zelandiya

2

0

0

2

1:4

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR